Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ

Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ GCI intellektual xidmət və tədbir təşkilatçılığı sahəsində Azərbaycanda ixtisaslaşmış peşəkar şirkətdir.

Biz sizin üçün Azərbaycanda ilk dəfə Peşəkar Zəka (Professional intelligence) Təlim Proqramını hazırladıq. Həyatda hər ş...
02/05/2023

Biz sizin üçün Azərbaycanda ilk dəfə Peşəkar Zəka (Professional intelligence) Təlim Proqramını hazırladıq.

Həyatda hər şey və bütün təsəvvürlər düşüncədə başlayır və düşüncədə bitir! Biz düşünə bildiyimiz qədər varıq. Öna görə də keyfiyyətli və sistemli düşünmək bacarığı bizim iş və şəxsi həyat keyfiyyətimizin açarıdır.
Proqramın məzmunu
“Peşəkar zəka” proqramı Brightminds Menecment və Biznes Məktəbinin unikal tədris və təlim layihəsidir. Bu proqram çərçivəsində yaşından, sahəsindən və peşəsindən asılı olmayaraq hər bir şəxsin strateji, yaradıcı, sorğulayıcı və çevik düşünmə bacarıqları beynəlxalq modellər əsasında inkişaf etdiriləcək və həmin şəxsin düşünmə imkanlarının düzgün dizayn etmə vərdişləri formalaşdırılacaqdır. Bundan əlavə təlim iştirakçılarına peşəkar layihələndirmə, marketinq və kommunikasiya, həmçinin maddi-mənəvi biliklərinin idarəedilməsi bacarıqlarının öyrədilməsi ilə yanaşı təlimin sonunda iştirakçının özünəməxsus, orijinal bir ideyası əsasında biznes və ya layihə planının hazırlanmasına dəstək göstəriləcəkdir. Təlimlər çərçivəsində ayrı-ayrı peşəkar və tanınmış dövlət rəsmiləri, biznes adamları, koç və mentorlarla da maraqlı görüşlərin təşkili nəzərdə tutulur.
Proqram çərçivəsində nələri öyrənəcəyik? İlk növbədə insan düşüncəsinin peşəkar və səmərəli istifadəsini təmin edən bilik, bacarıq və keyfiyyətlərin məcmuusu olan peşəkar zəkaya sahiblənməyi öyrənəcəyik. Bu məqsədlə on tədris dərsindən ibarət olan bu proqramda sizlər milli və beynəlxalq səviyyədə yüksək intelektə sahib biznes və dövlət adamlarının, rəhbərlərin, peşəkar ekspertlərin düşünmə, yaratma və icra etmə qabiliyyətlərinə barəbər vərdişlər əldə edəcəksiniz. Bununla da siz özünüzü və əsl potensialınızı kəşf edəcək, ətrafdakılara, baş verən hadisələrə və qarşınıza çıxan imkan və çağırışlara daha doğru cavab verəcəksiniz. Təlimdə təqdim ediləcək nəzəri bilikləri təcrübədən keçmiş maraqlı hadisə və fəaliyyətlər barədə müzakirələr müşayiət edəcəkdir. Təlimin əsas fərqi ondadır ki, ayrı-ayrı təlimlərdə və təhsil pillələrində təqdim edilən bilik və vərdişlər bir səbətdə real hadisə və fəaliyyətlər üzərindən tədris olunacaqdır.
Zəkana güvənmək istəyirsən? O zaman təlimə yazıl!
Proqramın formatı
Hər bir dərs online formatda həftədə iki dəfə 2 (iki) saatdan az olmayaraq aparılacaqdır. Qrup 16-20 nəfərdən ibarət olacaq. Təlim proqramımızın rəhbəri V.Eyvazzadə haqqında ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq olar: https://az.m.wikipedia.org/wiki/Vasif_Eyvazzad%C9%99
Qruplara yazılmaq üçün email və ya whatsapp nömrəsinə yaza bilərsiniz.
Əlaqə:
Tel: +99451515327085
Email: [email protected]

01/01/2023
📈 23-24 dekabr tarixlərində baş tutacaq  “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülmə...
23/12/2022

📈 23-24 dekabr tarixlərində baş tutacaq “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyası ilə bağlı təlim kursunun məlumatı təqdim olunur.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



📈UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursumuz başa çatdı. İşti...
14/10/2022

📈UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursumuz başa çatdı. İştirak edən hər kəsə təşəkkür edirik.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi

Azərxalça

Geleneksel Sanatlar Derneği

📈4-cü təlim kursumuzun ikinci günü
14/10/2022

📈4-cü təlim kursumuzun ikinci günü

📈4-cü təlim kursumuzun ilk günündə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzade,  mədəniyyət nazi...
13/10/2022

📈4-cü təlim kursumuzun ilk günündə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzade, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli açılış nitqi ilə təlim iştirakçılarını salamladılar.

4-cü təlim kursumuzun ilk təlimçisi Türkiyədən dəvət olunan beynəlxalq ekspert, Ənənəvi Sənətlər birliyinin sədr müavini...
13/10/2022

4-cü təlim kursumuzun ilk təlimçisi Türkiyədən dəvət olunan beynəlxalq ekspert, Ənənəvi Sənətlər birliyinin sədr müavini Dr.Aslıhan Erkmen xanım

📈 13-14 oktyabr tarixlərində baş tutacaq  “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNES...
13/10/2022

📈 13-14 oktyabr tarixlərində baş tutacaq “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyası ilə bağlı təlim kursunun məlumatı təqdim olunur.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi





Ana dili bütün dünyada hər bir xalqın milli kimliyinin göstəricisi hesab olunur. Dilimizi qorumaq özümüzü qorumaqdır.
01/08/2022

Ana dili bütün dünyada hər bir xalqın milli kimliyinin göstəricisi hesab olunur. Dilimizi qorumaq özümüzü qorumaqdır.



📈 Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin sakinləri doğma yurduna qayıtdı. Ağalı kəndinin sakinlərini təbrik etməkdən sev...
20/07/2022

📈 Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin sakinləri doğma yurduna qayıtdı. Ağalı kəndinin sakinlərini təbrik etməkdən sevinc və qürur duyuruq! Müzəffər Azərbaycan Ordusuna eşq olsun! 🇦🇿




15/07/2022
15/07/2022

"İrsin idarəolunması bacarıqlarının inkişafı" təlim proqramının sifarişçisi və dəstəkçisi olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi-nin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Ramil Abbakirov -un təqdimatında yaradıcı sənayelər sahəsində dövlət siyasətinin tənzimlənməsi barədə təlim və sualların cavablandırılması



15/07/2022

Mədəniyyət üzrə beynəlxalq dərəcəli ekspertimiz dəyərli Cahangir Səlimxanovun təqdimatında mədəniyyətin brendinqdə rolu, təbliğat işləri barədə təlim

15/07/2022

Qonaq çıxışçımız Dadaş Məmmədovun təqdimatında yaradıcı biznesin qurulması


15/07/2022

ADA- universitetinin müəllimi, Yaradıcı Sənayelər üzrə London Kral Kollecində təhsil almış ilk ekspertimiz Lalə Kişiyevanın təqdimatında "Creative Industry" nədir təlimi



UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyası ilə bağlı təlim kursu...
15/07/2022

UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyası ilə bağlı təlim kursunun posteri təqdim olunur





15/07/2022

15 iyul, 3-cü təlim kursumuzun ikinci günü başladı

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Geleneksel Sanatlar




14/07/2022

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi



14/07/2022

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyası ilə bağlı təlim kursumuzdan canlı yayım:

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Permanent Delegation of the Republic of Azerbaijan to Unesco



📈 14-15 iyul tarixlərində baş tutacaq  “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-...
13/07/2022

📈 14-15 iyul tarixlərində baş tutacaq “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyası ilə bağlı təlim kursu

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası - Creative Industries Federation

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



13/07/2022

Bakı Azərbaycanın yalnız paytaxtı deyil, həm də mədəniyyət və incəsənət mərkəzidir.

Şərq və Qərb memarlığının kəsişməsində formalaşan Bakının qaynar şəhər həyatına mütəmadi olaraq keçirilən festivallar, konfranslar, konsertlər, sərgilər və s. daxildir.

İndiyə qədər keçirilən “Eurovision”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, fərqli idman növləri üzrə Dünya Çempionatları, “Formula 1 Grand Prix”i və bir çox digər mötəbər tədbirlər Bakının simasını dəyişmiş, onu dünyanın ən qaynar həyata malik meqapolislərindən birinə çevirmişdir.

Onlarla teatr, yüzlərlə kafe, park, çoxlu sayda əyləncə mərkəzləri, muzeylər və s. ilə Bakı həm yaşamaq, həm də mədəni tədbirlərə qatılıb sosiallaşmaq üçün mütərəqqi bir şəhərdir.

~

Baku is not only the capital of Azerbaijan but also the center of culture and art.

Formed at the crossroads of Eastern and Western architecture, the hot city life of Baku regularly hosts festivals, conferences, concerts, exhibitions, etc.

The Eurovision Song Contest, the European Games, the Islamic Solidarity Games, the World Championships in various sports, the Formula 1 Grand Prix, and many other prestigious events have changed the face of Baku, making it one of the hottest megacities in the world.

With dozens of theaters, hundreds of cafes, hundreds of parks, numerous entertainment centers, and museums, Baku is a progressive city for both living and socializing in terms of cultural activity.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ

13/07/2022

Gözəllik və sənət kəsişəndə - Şəki yaranır.

Şəki sənətkarlarının sayı haqqında ilk informasiyaya XIX əsrin başlanğıcında çar məmurlarının tərtib etdikləri statistik məlumatlarda rast gəlinir.

1848-ci ilə aid sənədlərdən məlumdur ki, o zaman əhalinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı, 173 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışıb. Onlar təkcə Şəki əhalisinin deyil, habelə qonşu əyalətlərdən gəlmiş müştərilərin də tələbatını ödəyirdilər.

Şəkinin xalq sənətkarları öz ata-babalarından miras qalmış qədim sənət növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır.

~

Sheki fulfills its existence when beauty and art intersect.

The first information about the number of Sheki artists can be found in the statistics compiled by tsarist officials at the beginning of the XIX century. According to the documents of 1848, at that time 235 hatters, 173 tanners, 147 shoemakers, 154 tailors, 82 weavers and 41 silversmiths worked in the city to meet the needs of the population only in clothes and decorations.

They met the needs not only of the population of Sheki but also of customers from neighboring provinces. Folk artists of Sheki still sustain the ancient arts inherited from their ancestors. Currently, more than 200 artists are engaged in 18 types of folk arts in Sheki. Many of them are already internationally recognized and valued artists.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ

13/07/2022

Təbiətin qoynunda gizlənən bir cənnət təsəvvür edin.

Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır.

Milli Park Azərbaycanın cənubunda, Lənkəran inzibati rayonunun ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, həmçinin tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür.

~

Imagine a hidden heaven within the nature.

Hirkan National Park was established on February 9, 2004 by the Order of the President of the Republic of Azerbaijan.

The National Park is located in the south-east of Azerbaijan, in the administrative district of Lankaran. The main purpose of the National Park is comprehensive protection of nature in the area, protection of relict and endemic plant species of the Third Period, preservation of typical flora and fauna species included in the "Red Book" of the Republic of Azerbaijan, environmental monitoring, public awareness, as well as research, organization of conditions for tourism and recreation.

Most of the territory of Hirkan National Park is covered with forests.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ

📈Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə şirkətimiz tərəfindən həyat...
13/07/2022

📈Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə şirkətimiz tərəfindən həyata keçirilən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyası ilə bağlı təlim kursumuz 14-15 iyul tarixlərində baş tutacaq.


09/07/2022

Səhifəmizin dəyərli izləyiciləri,
Qurban Bayramınız mübarək!

Address

Səbail R. Əbdülkərim Əlizadə Küç. , Ev 6/8, Mənzil 45/46 Bakı, Azərbaycan
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994502724248

Alerts

Be the first to know and let us send you an email when Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qlobal Kommunikasiyalar və İnnovasiyalar/GCİ:

Videos

Share

Category


Other Event Planners in Baku

Show All