Azərbaycan Futbolu

Azərbaycan Futbolu "Azərbaycan Futbolu" - Rəsmi Facebook Səhifəsi (The Official page) "Azerbaijan Football" Azerbaijan Football Media Group was established in 2014.

Dəqiq, doğru və qərəzsiz. Ölkə futbolunun inkişafı, yeniliklər. Yalnız ölkə futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq və edirik. Təmənnasız fəaliyyət göstərən səhifəmiz adından bizi izləyən hər bir Azərbaycan Futbolu izləyicisinə böyük hörmət və ehtiramla təşəkkür edirik! Avrokubok.com page starting with the first unit, aired at futboltvideo.com
azerbaijanfootball.com sites.

17/01/2025

Türkiyəli jurnalist: "Sizə Azərbaycanın Fatih Terimi deyirlər".
Qurban Qurbanov: "Fatih Terimdən bir dənədir ". (gülərək)

⚽ Juninyonun ölkəmizə təşəkkürü🗣 "Qarabağ" və Azərbaycan. Sizin haqqınızda nə deyim? Mənim ölmüş xəyallarımı yenidən dir...
15/01/2025

⚽ Juninyonun ölkəmizə təşəkkürü

🗣 "Qarabağ" və Azərbaycan. Sizin haqqınızda nə deyim? Mənim ölmüş xəyallarımı yenidən diriltdiniz. Bura gələndə bütün qəlbimlə sevdiyim insanlardan eşitdim ki, karyeram məhv olub, sizi təmsil etdiyim üçün bitmişəm və bir də heç vaxt futbolda böyük şanslarım yaranmayacaq... Lakin həmişə Tanrıya güvənmişəm. İşimi, ailəmi, mənim yaxşılığımı istəyən inanları, həyatımı hər zaman Tanrıya həvalə etmişəm. Tanrı ədalətlidir...

Bu böyük klubda çalışan hər kəsə, məşçilərimə, rəhbərliyə, oyunçulara, aşpazlara təşəkkürümü bildirirəm. Çünki sizin hər birinizin mənim uğurumda rolu olub və hamınızı qəlbimdə daşıyacam.

"Qarabağ", yaşatdığın hər an üçün çox sağ ol, hər şans, hər göz yaşı və hər sevinc üçün təşəkkür edirəm. Bunlardan çox yaşadım.

Mənim üçün futbol dünyasına qapı açdın, səni və mənə inananları layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəm. Çünki indi məni belə çağırırlar: "Qarabağ"dan, Azərbaycandan gələn Juninyo. Bundan necə də qürur duyuram! Hər üçün çox sağ olun! Sizə dünyadakı bütün uğurları arzulayıram".

⚡⚡ Adnan Əhmədzadə "Mingəçevir" klubunu aldı ❗Azərbaycan futbolunda yeni bir era başlayır!ASTA-nın "Mingəçevir"i sponsor...
15/01/2025

⚡⚡ Adnan Əhmədzadə "Mingəçevir" klubunu aldı ❗

Azərbaycan futbolunda yeni bir era başlayır!

ASTA-nın "Mingəçevir"i sponsorluğa götürməsi ciddi hadisədi. Bu şəhər onsuz da yaxşı bir klubu haqq etmişdi. İndi bu himayə ilə həm klub, həm də şəhər canlanacaq. Xeyirli-uğurlu olsun! (Kənan Məstəliyev)

⚡ Juninyo "Flamenqo" forması ilə ❗Juninyo: "Braziliyada olduğum üçün xoşbəxtəm".
14/01/2025

⚡ Juninyo "Flamenqo" forması ilə ❗

Juninyo: "Braziliyada olduğum üçün xoşbəxtəm".

⚡  Juninyonun "Qarabağ" karyerası başa çatdı ❗ Hücumçu "Flamenqo"ya keçib və artıq Braziliyaya yollanıb.
13/01/2025

⚡ Juninyonun "Qarabağ" karyerası başa çatdı ❗

Hücumçu "Flamenqo"ya keçib və artıq Braziliyaya yollanıb.

⚡ Qurban Qurbanov əsas komandada çıxış edən gənc futbolçulardan danışdı ❗"Yaxşıdırlar. Nə qədər vaxtdır ki, bizimlə məşq...
12/01/2025

⚡ Qurban Qurbanov əsas komandada çıxış edən gənc futbolçulardan danışdı ❗

"Yaxşıdırlar. Nə qədər vaxtdır ki, bizimlə məşq edirlər. Davudu komandaya bir az gec cəlb etmişik . Üç aydır ki, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır. Həm fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Yaxşıdırlar. Əgər hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır.

⚽ "Qarabağ"ın əsas komandaya dəvət etdiyi 18 yaşlı hücumçu Davud Mənsumov 2-ci yoxlama oyununda da qol vurmağı bacardı.
12/01/2025

⚽ "Qarabağ"ın əsas komandaya dəvət etdiyi 18 yaşlı hücumçu Davud Mənsumov 2-ci yoxlama oyununda da qol vurmağı bacardı.

Biz və onlar:Mahir Emreli - II Bundesliqada "Nürnberq"də oynayır və dəyəri  800 min avro.Xviça Kvaratsxeliya (gürcü) - "...
12/01/2025

Biz və onlar:

Mahir Emreli - II Bundesliqada "Nürnberq"də oynayır və dəyəri 800 min avro.

Xviça Kvaratsxeliya (gürcü) - "Napoli"dən PSJ-yə keçmək üzrədir. Parislilər təxminən 65 milyon avro ödəyəcək.

Abdukodir Xusanov (özbək) - "Lans"dan "Mançester Siti"yə keçmək üzrədir. İngiltərə klubu 20 yaşlı oyunçu üçün təxminən 40 milyon avro ödəyəcək. (Futbolpress)

🗣 Kurban Berdıyev: "11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır? Bizim uşaqlar, indi oynayan azərbay...
11/01/2025

🗣 Kurban Berdıyev: "11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır? Bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? İlk növbədə Azərbaycan millisinin strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi?"

11/01/2025

🥋Azərbaycan cüdoçusu Babayeva Tövsiyənin anası qızını final görüşünə hazırlayır. [9LuG]

⚽⚽ Aleksey Kaşuk "Kəpəz"lə yoxlama oyununun ilk hissəsində 3 qol vuraraq het-trik etdi.
09/01/2025

⚽⚽ Aleksey Kaşuk "Kəpəz"lə yoxlama oyununun ilk hissəsində 3 qol vuraraq het-trik etdi.

🏟️ AFFA Lənkəran şəhər stadionunu almaq istəyir ❗AFFA “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionu...
09/01/2025

🏟️ AFFA Lənkəran şəhər stadionunu almaq istəyir ❗

AFFA “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionunu almaq fikrindədi. Bu baxımdan AFFA-nın səlahiyyətli şəxsləri qarşı tərəflə təmasa keçib və stadionu qurumun balansına keçirməkdə maraqlıdı. Əgər tərəflər maliyyə məsələlərində razılığa gələ bilsə, o zaman Lənkəran şəhər stadionunda əsaslı təmir-bərpa işlərinə start veriləcək. (İdmanxeber,az)

⚡⚡ Juninyonun “Sevilya”ya keçidi baş tutmayacaq ❗❗“Relevo” nəşrinin yazdığı məlumata görə, “Flamengo” oyunçuya “Sevilya”...
07/01/2025

⚡⚡ Juninyonun “Sevilya”ya keçidi baş tutmayacaq ❗❗

“Relevo” nəşrinin yazdığı məlumata görə, “Flamengo” oyunçuya “Sevilya”nın təklifindən 3 dəfə artıq təklif edib.
Bununla da, Juninyo “Sevilya”nın təklifini rədd edib.

Juninyo Braziliyada təmiz 5 milyon avro qazanacaq, “Qarabağ” isə transferdən 6-8 milyon avro gəlir əldə edəcək.

AFFA-nın İcraiyyə Komitəsinin son iclasında isə legioner limitinin tamamilə ləğv edilməsi "Sabah"çılar tərəfindən ortaya...
07/01/2025

AFFA-nın İcraiyyə Komitəsinin son iclasında isə legioner limitinin tamamilə ləğv edilməsi "Sabah"çılar tərəfindən ortaya atılıb. Fəqət məsələ ilə bağlı konsensus əldə edilməyib.

Belə ki, bu məsələyə yeganə qarşı çıxan persona "Qarabağ"ın baş məşqçisi, AFFA İK-nın üzvü Qurban Qurbanov olub. Çünki mütəxəssis legioner limitinin tədricən ləğv edilməsindən yanadır. (Sportliqa)

🇦🇿⚽ "Ankaragücü" klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Həsən Nəzərov: "17 yaşımda legioner həyatı yaşadığım üçün çox...
07/01/2025

🇦🇿⚽ "Ankaragücü" klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Həsən Nəzərov:

"17 yaşımda legioner həyatı yaşadığım üçün çox xoşbəxtəm. Mənim üçün ölkədən kənarda oynamaq böyük bir təcrübədir. Azərbaycana qayıtmaq kimi düşüncəm yoxdur. Legioner həyatı yaşamağa davam etmək istəyirəm". (Operativ Media)

⚽🇦🇿  Branimir Subaşiç: "Azərbaycanlı futbolçular ölkə xaricinə yollanmalıdırlar. Öz ölkəsində oynayırlar, komfort zonası...
06/01/2025

⚽🇦🇿 Branimir Subaşiç: "Azərbaycanlı futbolçular ölkə xaricinə yollanmalıdırlar. Öz ölkəsində oynayırlar, komfort zonasındadırlar, hamısı evindədir. Dostlar, doğmalar yanındadır. Gərək özlərini xaricdə sınasınlar. O zaman daha da güclü olacaqlar". (Apasport)

⚡ Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub.“Marca” nəşrinin məlumatına görə, “Qarabağ” bu tran...
03/01/2025

⚡ Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub.

“Marca” nəşrinin məlumatına görə, “Qarabağ” bu transferdən bonuslarla bir yerdə 4 milyon avro qazanacaq.

La Liqa klubu braziliyalı forvardla 2028-ci ilin sonuna qədər müqavilə imzalayacaq.

⚡ "Qarabağ" qvineyalı hücumçu ilə maraqlanır ❗Qazaxıstan "Astana"sının qvineyalı cinah hücumçusu Usman Kamara karyerasın...
02/01/2025

⚡ "Qarabağ" qvineyalı hücumçu ilə maraqlanır ❗

Qazaxıstan "Astana"sının qvineyalı cinah hücumçusu Usman Kamara karyerasını “Qarabağ” klubunda davam etdirə bilər.

Ağdam təmsilçisi hücumçu üçün qarşı tərəfə 900 min avro təklif göndərməyə hazırlaşır.
Hücumçunu Türkiyənin "Sivasspor" klubu da transfer etmək istəyir.

Mənbə: Kazakh_football_inside tg kanalı

Address

Baku
AZ1074

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Futbolu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Futbolu:

Videos

Share

Haqqımızda

Dəqiq, doğru və qərəzsiz. Ölkə futbolunun inkişafı, yeniliklər. Yalnız ölkə futbolunun inkişafı üçün əliizdən gələni etməyə hazırıq və edirik. Təmənnasız fəaliyyət göstərən səhifəmiz adından bizi izləyən hər bir Azərbaycan Futbolu izləyicisinə böyük hörmət və ehtiramla təşəkkür edirik! Azerbaijan Football Media Group was established in 2014. Avrokubok.com page starting with the first unit, aired at futboltvideo.com azerbaijanfootball.com sites.