İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı

İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı, Performance & Event Venue, Baku.

Biz Azərbaycan işsizlərini təşkilatlandırmaq, bir təşkilatda birləşdirmək istəyirik və bu yolla işsizlərin pozulan konstitusion hüquqlarının bərpa edilməsinin mümkün olacağına inanırıq.

Address

Baku
557932383

Alerts

Be the first to know and let us send you an email when İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Məramnamə

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinə əsasən "İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır". Lakin işsizlərə nəinki heç bir müavinət verilmir, hətta bircə dənə belə güzəşt də tətbiq olunmur. Hər bir işçinin maaşından işsizlik sığortası adı ilə vergi tutulsa da, işçi işsiz qaldıqda dövlət ona dirsək göstərir. Çünki mövcud qanunvericiliyə görə öz xahişi ilə işdən çıxanlar, müdirin istəyi ilə işdən azad edilənlər, əmək müqaviləsi müddəti bitdiyinə görə işdən azad olunanlar işsizlik sığortası ala bilməzlər. Başqa sözlə işini itirənlərin 99 %-i işsizlik sığortası ala bilməz! Heç yerdə işləməmiş şəxslər isə ümumiyyətlə dövlətdən müavinət ala bilməz. Bu Azərbaycan xalqının ələ salınmasıdır və Azərbaycan Respublikası Konstitusiyasının kobud şəkildə pozulmasıdır! İşsizlər 7 milyonluq Azərbaycan əhalisinin (MSK-nın seçici siyahılarına əsasən) əhəmiyyətli bir hissəsini təşkil edir, ümumi say 1 milyondan çoxdur. Bu qədər böyük sayı olan əhali qrupunun 125 nəfər deputat tərəfindən ələ salınması, hüquqlarının pozulması ona görə baş verir ki, indiyədək işsizlər arasında birlik olmayıb. Hesab edirik ki bütün işsizlər birləşməli, təşkilatlanmalı və öz hüquqlarının pozulmasına birlikdə etiraz etməlidir.

Hörmətlə, İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı.