“MEH” event organisers; “Gəlin tanış olaq!”
Uğurlu bir layihə ərsəyə gətirmək bir incəsənət növüdür. Bu proses səmərəli və detallı planlama ilə başlayır və mükəmməl şəkildə yerində icrası ilə bitir. Tədbirlərin təşkili və həyata keçirilməsi sahəsində qazandığımız təcrübə Sizin istəklərinizə və sifarişinizə uyğun olaraq istənilən növ tədbirlərin operativ və problemsiz icrasını təmin edir. Biz l
ayihənin bütün mərhələlərində iştirak edir və bu zaman strateji planlaşdırma, əlaqələndirmə, əməliyyatlar, yerində idarəetmə, qiymətləndirmə və tədbirsonrası xidmətlərə böyük diqqət yetiririk. Biz istənilən korporativ tədbir, o cümlədən kiçik iclaslar, böyük konfranslar, xüsusi müştəri həvəsləndirmə tədbirləri, dövlət və yerli əhəmiyətli tədbirlər, konsert proqramları, kollektivçilik ruhunun aşılanması üzrə tədbirlər, ildönümləri və yubileylərin təşkili, mükafatlandırma və ya açılış mərasimləri, hər hansı məhsulun təqdimat mərasimləri, ölkədaxili turlar və ya bu tədbirlərin hər hansı kombinasiyası üzrə kompleks xidmət və məsləhətlər təklif edirik. Biz tədbirin keçiriləcəyi məkanın seçilməsi, nəqliyyat, yemək, əyləncə, gül kompozisiyaları, fotoqraflar, hədiyyələr, məkanların bəzədilməsi, illuminasiya, xüsusi effektlər, atəşfəşanlıq və bir sıra digər məsələlərin həllini öz üzərimizə götürürük. Təqdim edilən xidmətlərin sferası geniş və əhatəlidir. Siz ən müxtəlif mərasimlərinizin təşkili üçün “MEH” event organisers şirkətini seçə bilərsiniz.