“Süfrə Catering” MMC 18.09.2014 tarixində Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin icazəsi ilə 1402912541 qeydiyyat nömrəsi ilə fəaliyyətə başlamışdır.Fəaliyyətə başlamasından qısa bir vaxt keçməsinə baxmayaraq uğurlu nəticələrə nail olmuşdur.
Şirkətimiz 2015-2016 ili etibarı ilə 27 şirkət və ofisi yeməklə təmin etməkdədir.Biz özümüzə missiya olaraq müştəri məm
nuniyyəti, personal təlimi, qida təhlükəsizliyi çalışmaları ilə qida sektorunun keyfiyyət səviyyəsini hər zaman yüksəldən bir şirkət olmağı seçdik. Məqsədimiz isə qida sektorunda keyfiyyət və insan sağlamlığına dəyər verən müştərilərin rəğbət göstərdiyi brend olmaqdır.
“Süfrə Catering” olaraq , personalını ən az dəyişən yemək şirkətlərindən biriyik. Şirkətimizin daxilində yemək bölməsi, ət bölməsi, salat bölməsi, şirniyyat və un məmulatları bölmələri mövcuddur. Yemək menyularımız hər həftə yenilənir. Ərzaq olaraq keyfiyyətli, təmiz və ən önəmlisi halallığına tam əmin olduğumuz məhsulları işlədirik. Şirkətimizin anbarlarına daxil olan hər bir malın keyfiyyət kriteriyalarına uyğunluğu təcrübəli və təhsilli işçilərimiz tərəfindən yoxlanılır. kimi mövzularda gündə ən az iki dəfə yoxlanılır. Personalımızın şəxsi gigiyenik vəziyyəti ən diqqət göstərdiyimiz mövzulardan biridir. Bu məqsədlə hər yarım saatdan bir əl yuma, gündə ən az 6 dəfə əlcək dəyişdirmə, hər iki gündən bir iş geyiminin dəyişdirilməsi, ağızlıq və qolluq istifadəsi mütəmadi olaraq yerinə yetirilir.