Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Fəsillər” konsert layihəsi💫
🎼Ü.Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimov haqqında Euronews kanalında süjet yayımlanıb.
Süjetdə maestro onun musiqi yoluna təsir göstərmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə dərin bağlılığından danışıb.
Qeyd edək ki, Fuad İbrahimov eyni zamanda Münhen Filarmoniya Orkestrinin və Bakı Kamera Orkestrinin də baş dirijorudur. O, 2020-ci ilin Vətən müharibəsində erməni işğalından azad edilmiş Şuşada 2021-ci ildə yenidən keçirilən "Xarıbülbül" musiqi festivalında dirijorluq etdiyini və çoxdankı arzusunun gerçəkləşdiyini diqqətə çatdırıb.
Musiqiçi bildirib ki, qədim Şuşa şəhəri Azərbaycan mədəniyyətinə dahi bəstəkar Üzeyir Hacıbəyli və digər görkəmli şəxsiyyətlər bəxş edib. Şəhərin zəngin ədəbi-mədəni mühiti, eləcə də Fuad İbrahimovun uşaqlıq illərində baş verən hadisələr onun ilk musiqi təhsilində həlledici rol oynayıb. Görkəmli şuşalı bəstəkar Süleyman Ələsgərov tərəfindən ona skripka hədiyyə olunması da unudulmaz xatirəsidir.
Süjetdə həmçinin qeyd olunur ki, Birinci Qarabağ müharibəsinin ağır sınaqlarına və onun ailəsinin də 1992-ci ildə doğma Şuşadan məcburi köçkün düşməsinə baxmayaraq, Fuad İbrahimov musiqiyə olan sevgisi, anasının istəyi və Heydər Əliyev Fondunun böyük dəstəyi sayəsində xəyallarını gerçəkləşdirməyə nail olub. Almaniyada musiqi təhsili alıb, böyük orkestrlərdə çalışıb.
Fuad İbrahimov müsahibəsində 2024-cü ilin 11-13 may tarixlərində keçirilən və bir sıra ölkələrdən musiqiçiləri bir araya gətirən, azad Şuşanın mədəni həyatını zənginləşdirən növbəti "Xarıbülbül" festivalının da əhəmiyyətini vurğulayır.
O, Şuşanın İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üçün "Gənclər Paytaxtı" seçilməsi
🎼10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib. Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
🗓️07.07.2024
🕖19:00
📍M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası (Yay zalı)
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert mövsümünün bağlanışına həsr olunmuş “Yay axşamı” adlı konserti
Bədii rəhbər və baş dirijor:
Fuad İbrahimov
Solistlər:
Ramil Qasımov (tenor)
Aytac Şıxəlizadə (mezzo-soprano)
Nəzrin Aslanlı (violin)
Məmməd Rəcəbli (klarnet)
Proqramda:
G.Rossini, J.Strauss, G.Bizet, Z.Abreu, M.Ponce, D.Şostakoviç, A.Shaw, Niyazi, T.Quliyev, A.Márquez, E.Mansurovun əsərləri səslənəcək
🎼 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yenidənqurma və təşkilati işlərə davam edir. Növbəti addım - tarixi "Yay səhnəsi"nin bərpası və orada keçiriləcək konsert silsilələrinin təşkili ilə bağlıdır. Belə ki, uzun sürən, bizdən asılı olmayan, həlli tələb oluna səbəblər üzündən bu səhnə işlək vəziyyətdə deyildi. Lakin qarşıya qoyulan hədəflərə çatmağa nail olaraq "Red Events" şirkəti ilə birgə tamaşaçıları sevindirəcək məqamla bölüşürük! Yay aylarında da Filarmoniya silsilə tədbirlərlə sizi gözləyəcək.
🎼 Azərbaycan Dövlət Rəqs Ansamblı 36 il sonra İstanbul şəhərində konsert proqramı ilə çıxış edib. 28 may - Müstəqillik gününə həsr olunmuş tədbir Cəmil Topuzlu adına açıq hava səhnəsində baş tutub.
Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməmmədovun əsərləri və rəqslər təqdim olunub. Rəngarəng proqram izləyicilər tərəfdən maraqla qarşılanıb.
Konsertin sonunda Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Rüfət Xəlilzadə çıxış edərək, tamaşaçılara və tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə dərin təşəkkürlərini bildirib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadənin 29.04.2024 tarixində keçirilən “Kamera Musiqisi Axşamı” haqda təəssüratları.
🎼 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təqdim etdiyi layihələr sırasında xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin konsert proqramları ilə çıxış etməklə yanaşı, ustad dərslərinin də keçirilməsi artıq ənənə halını almışdır. Bu sırada Mark Drobinskiy (cello), Roman Fedçuk (violin), Əvəz Abdulla (bariton) kimi musiqiçilərin adları çəkilə bilər.
Növbədi ustad dərsi 1 aprel 2024-cü il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü ilə Kamera və Orqan Musiqisi Zalında tanınmış violin ifaçısı Anar Bramo tərəfindən keçirildi.
Anar Bramo Almaniyada yaşayan azərbaycanlı violin ifaçısı, dirijor və bəstəkardır. 2020-ci ildən Attendorn Kamera Orkestrinin baş dirijoru və Oberberq simfonik orkestrinin dirijorudur. O, 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında B. Mehdiyevin sinfində təhsil alıb. 2002-ci ildən Almaniyanın Folkvanq İncəsənət, eləcə də, Köln Musiqivə Rəqs Universitetində təhsilini davam etdirib. 2010-2016-cı illərdə Almaniyada Südwestfalen Filarmonik Orkestrinin köməkçi konsertmeysteri vəzifəsində çalışıb. O, tez-tezdünyanın müxtəlif ölkələrində çoxsaylı orkestrlərlə çıxışlara vəmüxtəlif festivallara solist kimi dəvət olunur.
2002-ci ilin avqustunda Comune di Genova (İtaliya) vasitəsilə N.Paqanininin “Sivori” violinisinin Anarın Bakıdakı konsertində ifa etməsi üçün Azərbaycana gətirilməsi mühüm hadisələrdəndir. O zamana qədər 180 il ərzində Genuya muzeyində saxlanılan “Sivori” violini cəmi 12 violin ifaçısıtərəfindən səsləndirilmişdi.
2006-cı ildə, o, Parisdə H.Berlioz Milli Assosiasiyasının“Hektor Berlioz” medalına layiq görülüb.
O, ustad dərsində öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları və gənc istedadlar ilə bölüşüb, gənc musiqiçilərinhazırlıq səviyyəsind