Yer üzünün ən təbii və gözəlbayramlarından biri olan - Novruz bayramı münasibəti ilə Sizi təbrik edirik.Qədim bayramımız qədər dərin, uzun ömürlü, şən, azad va kosmik olmağınızı diləyirik.Hamıya sülh, sevgi va firavanlıq! #baku #bakucrystalhall #azerbaijan #novruz #novruzbayrami #novruzgeliryazgelir🌼
25 noyabr 2023-cü il tarixində, illər sonra Türkiyə şou-biznesinin super ulduzu, türk Pop Musiqisinin gəlmiş-keçmiş ən böyük sənətçilərindən biri, möhtəşəm ifaları və hərarətli səhnə performansı ilə onlarla ölkədə milyonlarla insanın qəlbini fəth etmiş, yüzlərlə yerli və beynəlxalq laureatlara layiq görülmüş, "Megastar" - Tarkan MDB ölkələrinin paytaxtlarına etdiyi konsert turu çərçivəsində yenidən Bakıda solo konsert proqramı ilə çıxış edib.Konsert Bakı Kristal Zalında baş tutub, müğənni müxtəlif illərdəki hitlərindən ibarət şou təqdim edib və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb - sənətçi Bakı konsertinin ən parlaq anlarını 18000 çox tamaşaçıya nümayiş etdirib. İnstaqram sosial şəbəkəsində megastar tamaşaçılara qeyd edib: "Möhtəşəm gecə oldu. Möhtəşəm idin, Bakı. Super enerjiniz, coşqunuz, marağınız və sevginiz üçün təşəkkür edirəm".#baku #azerbaijan #BakuCrystalHall #Tarkan #Tarkankonsert
Bakı Kristal Zalı kollektivi olaraq bütün Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edirik. Bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anırıq, gazilərimizə sağlam və firəvan həyat arzulayırıq.Qoy qələbə hissi ürəkləri ruhlandırsın və irəliyə - yeni şücaətlərə, uğurlara və nailiyyətlərə aparsın.Zəfərin mübarək, Azarbaycan!#baku #azerbaycan #Azerbaijan #bizbirlikdagüclüyük #8noyabr #ÜmummilliQələbəgünü#NationalVictoryday #Azerbaijan#KarabakhisAzerbaijan #thanksforvictory
8-10 iyun tarixlərində "Baku Crystal Hall”da keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi başa çatıb.
Keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, “Prestij kimya”, “Gədəbəy mineral suları”, “Moon Qrup” və “BHB” strateji və kreativ media agentliyi sərgiyə dəstək göstərənlər sırasındadır.
Sərgi çərçivəsində iki panel müzakirə də təşkil olunub. İyunun 9-da keçirilən “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” mövzusunda paneldə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, KOBİA, İqtisadi Zonaların İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə biznes imkanları, sahibkarlıq fəaliyyəti üçün prioritet istiqamətlər, güzəşt və dəstəklər, əhalinin məskunlaşması planları, bu ərazilərdə yaradılmış sənaye parklarının sahibkarlar üçün yarat
Biznes və tərəfdaşlıq yolunda yenidən bir araya gəlirik!
8-10 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi baş tutacaq.
“Baku Crystal Hall”da keçiriləcək sərgidə 150-dən çox yerli şirkət öz məhsullarını təqdim edəcək və 20 minədək ziyarətçini qarşılayacaq. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
3 gün davam edəcək sərgi çərçivəsində həmçinin 1500 iş adamı və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə konfranslar keçiriləcək. Konfranslarda sahibkarlıq, biznes və iqtisadiyyatın müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunacaq.
Təşkilatçılar: İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), və Marsol Group
Rəsmi tərəfdaş: Kapital Bank.
Hər kəsi 8-10 iyun tarixlərində “Baku Crystal Hall”da keçiriləcək sərgiyə dəvət edirik!
Sərgiyə giriş ödənişsizdir və hərkəsin iştirakına açıqdır.
Qeydiyyat üçün bağlantı: https://bit.ly/3Ny5T73
Qeyd: Sərgi məkanında da qeydiyyat mümkündür.
Sərgi ilə bağlı ətraflı məlumat üçün:
*0555
[email protected]
www.marsolexpo.az
Taekvondo üzrə 26-cı Dünya Çempionatı 2023-cü il mayın 29-dan iyunun 4-dək Azərbaycanın paytaxtında, Baku Crystal Hall-da keçiriləcək. Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edir. “Light your Fire” şüarı ilə keçiriləcək bu çempionat çərçivəsində 16 dəst mükafat oynanılacaq. Bu dünya çempionatında iştirakçılar 2024-cü il Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün lisenziya xalları toplamaq imkanı əldə edəcəklər.
6 may 2023-cü ildə türkiyənin məşhur müğənnisi Edis Baku Crystal Hall-da möhtəşəm konsert verib. Gecədə ön səhnədə KÖFN qrupu çıxış edib. Fanatları Edisi izdihamla qarşılayıb. Birinci ifasından sonra sənətçi azərbaycan pərəstişkarlarını salamlayıb. Konsertdə Edisin “Martılar”, “Arıyorum”, “Çok çok”, " Yalan" və digər populyar hitləri səsləndi. Sənətçi "Mayhoş” adlı yeni mahnısınıda azərbaycan pərəstişkarlarına təqdim etdi. Edis Baku Crystal Hall-da 9 min nəfərin qarşısına çıxıb. O, 30 rəqqasla birgə unudulmaz möhtəşəm şou göstərib.
#baku #azerbaijan #bakucrystalhall #ediskonsert
Ötən bu 11 il ərzində sizinlə görüşdüyümüz bütün konsert və tədbirlərdə dünya ulduzlarının, yerli və xarici sənət adamlarının, əməkdaşlıq etdiyimiz təşkilatçıların, yerli və xarici dövlət rəsmilərinin və ümumiyyətlə qonağımız olan hər kəsin rəğbətini qazana bilmək və Sizləri məmnun etmək üçün işimizdə əlimizdən gələni etmişik və buna nail olduğumuz üçün çox şadıq. Ad günümüz mübarək🥳
#azerbaijan #aztagram #baku #bakucrystalhall #birthday #11years
“Anadolu Atəşi” rəqs şousu
Fevralın 19-da 2023-cü ildə Bakı Kristal Zalının səhnəsində Türkiyənin dünya şöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin növbəti möhtəşəm rəqs şousu təşkil olunub..
Konsertin əvvəlində Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olundu.
Rəqs kollektivi şoularında solo nömrələr, kütləvi dramatik səhnələr ifa etməklə yanaşı, “canlanan” dekorasiyalar qurub və qədim əfsanələri səsləndirib.
Mənbəyini Anadolunun min illik mifoloji və mədəniyyət tarixindən götürən “Anadolu atəşi” rəqs qrupu, demək olar ki, hər bölgədən toplanmış 3000 xalq rəqsi və musiqisini özündə ehtiva edən bir layihədir. Ansambl iki dəfə “Ginnesin rekordlar kitabı”na düşüb. Ən böyük tamaşaçı auditoriyasına malik bu rəqs qrupunun sürəti dəqiqədə 241 pa-dır.
#baku #azerbaijan #bakucrystalhall #fireofanatolia #anadoluateşi #danceshow #rəqsşou
İyunun 16-18 Press Centre`da “Partners & Business Baku 2022” - yerli şirkətlərin tanıtım sərgi-konfransı baş tutub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunmuş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunub.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgi çərçivəsində dövlət qurumlarının və sahibkarların iştirakı ilə konfrans keçirilir. Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, “Marsol” MMC-nin sədri Tural Mustafayev və özəl sektorun təmsilçiləri çıxış ediblər.
Konfrans öz işini “Əmək münasibətləri və məşğulluq altsistemi” - ƏMAS platformasının təqdimatına dair panellə davam etdirib. Konfrans çərçivəsində “Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perspektivlər”, “Sahibkarların maliyyə kanallarına çıxış imkanları” və “Regionlarda, xüsusilə işğ
16, 17, 18 iyun “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 Yerli şirkətlərin tanıtım sərgisi baş tutacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası (İşəgötürənlər) Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, “Qayo Group”un sponsorluğu, “Grow Audit”in tərəfdaşlığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İnformasiya-Kommunikasiya Texnologiyaları, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
200-ə yaxın şirkət, 10.000-dən çox ziyarətçinin iştirakı ilə baş tutacaq sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə ziyarətçi qismində iştirak etmək ödənişsizdir və hər kəs iştirak edə bilər. İştirak etmək üçün öncədən partners.az saytına daxil olaraq və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərsiniz.
Bununla yanaşı layihə çərçivəsində sahibkarların və dövlət qurumları nümayəndələrinin iştirakı ilə konfrans keçiriləcək.
Konfrans 5 paneldən ibarət olacaq və 3 gün davam edəcək. Panel müzakirələr və çıxışlar Crystal Hall-un mətbuat zalının konfrans hissəsində keçiriləcək. Hər paneldə 400 ümumilikdə 2000-ə yaxın sahibkar bu konfransın iştirakçısı olacaq.
Sərginin media tərəfdaşı “BHB Strategic & Creative Co.”, promo tərəfdaşı “Moon Group”, təşkilati dəstək isə “Primex”dir.
Sərgi ilə bağlı ətraflı məlumat v
“Sabahın xeyir,Azərbaycan” Tv programında
“Sabahın xeyir,Azərbaycan” Tv programında Baki Kristal Zalından reportaj🎬 Sabahın Xeyir Azərbaycan İctimai TV
#azerbaijam #baku #bakucrystallhall #sabahinxeirazerbaycan #reportaj
Çiyinlərimizdə: 90 tədbir, 460.000-dən çox tamaşaçı, dünya və yerli ulduzların konsertləri, sərgilər, beynəlxalq idman tədbirləri, dünya və yerli televiziya proqramlarının, musiqi kliplərinin və film çəkilişləri, yüzlərlə rəsmi şəxslər və turistlər.
BAKI KRİSTAL ZALI yalnız bir metal konstruksiya deyil, damı altında çalışan və hamınız üçün Qafqazın ən böyük qapalı komplekslərindən birinin qapılarını yenidən açma fürsətini gözləyən çox isti ürəklərdir. Əminik ki, ən iddialı hadisələr hələ qabaqdadır! Fredy Mercury'nin dediyi kimi: "Şou davam etməlidir!". 🎉🎊
#azerbaijan #aztagram #baku #bakucrystalhall #birthday #9year #quarantineb’day
За нашими плечами: 90 мероприятий, свыше 460.000 зрителей, концерты мировых и местных звезд, выставки, международные спортивные мероприятия, съемки мировых и местных ТВ передач, музыкальных клипов и фильмов, сотни официальных лиц и туристов.
BAKU CRYSTAL HALL – это не просто металлоконструкция, это много теплых сердец, которые работают под его крышей и ждут, когда станет возможным вновь открыть двери одного из самых больших закрытых комплексов Закавказья для всех вас. Уверены, что самые грандиозные мероприятия еще впереди! Как говорил Фреди Меркьюри: «Шоу должно продолжаться!». 🎉🎊
#azerbaijan #aztagram #baku #bakucrystalhall #birthday #9year #quarantineb’day