NİD

NİD Hər növ ədviyyat,ədviyyat qarışıqları,toz halında qablaşdırılmış məhsullar və şirniyyat hazırlamaq üçün konsentrantlar.
(5)

01/06/2024

Bu gün 1 iyun Uşaqların Müdafiəsi Günüdür. Gəlin, balacalarımızı bu gün «Nid» dondurma topları ilə sevindirək. 🍦

Ən ləzzətli, bol şirəli kabab ətinin sirri nədədir? 🧐Kabab ətinin qurumasının qarşısını almaq üçün Avropa aşpazları bu h...
31/05/2024

Ən ləzzətli, bol şirəli kabab ətinin sirri nədədir? 🧐
Kabab ətinin qurumasının qarşısını almaq üçün Avropa aşpazları bu hiylədən istifadə edir: aşpazlar əti duzlu suda isladır. 1 litr suya ¼ stəkan duz, "Nid" kabab üçün ədviyyat və zövqə görə ½ stəkan şəkər tozu əlavə olunur. 😍
Əti islatmaq üçün suyun miqdarı ətin üstünü tamamilə örtəcək qədər olmalıdır. Ətin mayedə saxlanma müddəti ətin çəkisindən asılıdır – 1 kiloqram əti 1 saat duzlu suda saxlayın. 🍢

"Nid" ədviyyatdandan limon duzu.🍋Şirniyyat məhsullarının, kompotların, mürəbbələrin, alkoqolsuz içkilərin, bəzi supları...
27/05/2024

"Nid" ədviyyatdandan limon duzu. 🍋
Şirniyyat məhsullarının, kompotların, mürəbbələrin, alkoqolsuz içkilərin, bəzi supların və həmçinin konservlərin hazırlanmasında istifadə olunur. Bir ədəd limonun şirəsi təxminən 4 qram limon duzu təşkil edir. 😍

Əriştə-plov- Yoxlayın, çox dadlı alınır. 😍📌Əriştə üçün;2 st un (ələnmiş)1 yumurta🥚0,5 st su (az-az əlavə edin)0.5 ...
23/05/2024

Əriştə-plov- Yoxlayın, çox dadlı alınır. 😍

📌Əriştə üçün;
2 st un (ələnmiş)
1 yumurta🥚
0,5 st su (az-az əlavə edin)
0.5 ç.q duz🧂
Xəmir yayılır, kəsilir, yağsız tavada qovrulur.
📌Plov üçün; Düyünü duzlu soyuq suda 20-30 dəqiqə saxlayıb, nişastası axıb şəffaf suyu qalana qədər yuyuruq. Qaynanmış suya duz, düyü və qovrulmuş əriştəni əlavə edib, düyünü barmaqla əziləcək qədər bişirib süzürük.
📌Qazmaq kimi kartofdan🥔istifadə etdim. Zövqə görə duz-istiot əlavə edilmiş kartofları kərə yağında🧈 qızardıb çeviririk. Üzərinə 2 sıra ardıcıllıqla süzdüyümüz düyü, qaragöz lobya🫘, əridilmiş kərə yağı🧈 əlavə olunur. Təxminən 1 saat qədər dəmə qoyulur.
📌Steyk üçün; Nazik doğradığım ətə duz, istiot,Nid kəklikotu, limon suyu, zeytun yağı əlavə edib üzərini bağlayıb ən azı 2-3 saat soyuducuda saxlayıram. Yağsız möhürləmə tavasında hər iki üzünü qızardıram🥩 😍Steyk də, plov da çox dadlı alınır😍

Jeleli deserte kim yox deyər? 🍮Soyuq su ilə doldurulmuş bir qabda "Nid" Jeleni yumşaldaq. Soyuq südü bir qazana tökün. Ş...
18/05/2024

Jeleli deserte kim yox deyər? 🍮
Soyuq su ilə doldurulmuş bir qabda "Nid" Jeleni yumşaldaq. Soyuq südü bir qazana tökün. Şəkər və manna əlavə edin və qarışdırın. Qatı hala gələnə qədər zəif odda bişirin. 🔥
Jele, vanil və kərə yağı əlavə edib qarışdırın, sonra ocaqdan götürüb soyumağa qoyun. Şirniyyatı su ilə nəmlənmiş qəlibə tökün və sərinləyin. Mannalı desert soyuduqdan sonra ən azı 4 saat soyuducuda saxlayın. Desert tamamilə soyuduqdan sonra onu qəlibdən çıxarın.😍
Nuş olsun! 🍮

Sumaxlı ətli çudu reseptini hazırlamaq istərsiniz? 😍Ərzaqlar: • 1 kq un;• 200 qr xama;• 100 qr kərə yağı;• 3 ədəd yumurt...
13/05/2024

Sumaxlı ətli çudu reseptini hazırlamaq istərsiniz? 😍

Ərzaqlar:
• 1 kq un;
• 200 qr xama;
• 100 qr kərə yağı;
• 3 ədəd yumurta;
• 1.5 stəkan süd;

Hazırlanması:
Əvvəlcə qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Acıması üçün xəmiri isti yerdə 1 saat saxlayırıq. Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün xırda doğranmış soğanı yağda qovururuq. Rəngi dəyişəndə üzərinə qiymə əlavə edib, duz, istiot səpirik və bişiririk. Xəmir hazır olduqdan sonra 7-7 olmaqla 14 ədəd bərabər ölçülü kündələr tuturuq. 7 ədəd kündəni sıra ilə yayıb, aralarını yağlayaraq üst-üstə yerləşdiririk. 10 sm enində lentlər kəsirik. Hər lenti iki hissəyə bölüb, rulet kimi bükürük. Mərkəzinə içlik yerləşdirib, bağlayırıq. İstəyə uyğun olaraq üçbucaq formada hazırlaya bilərsiniz. Növbəti 7 kündəni də bu qayda ilə hazırlayırıq. Soba qabına yığıb üzərinə yumurta sarısı çəkərək, çörək otu səpirik. 180 dərəcə istilikli sobada qızarana kimi bişiririk.🥐
Nuş olsun!😍

09/05/2024

“Nid”yuppi - mövsümün yeni hiti! 😍 Bu qarşısıalınmaz ləzzətinə təslim ol! 🥤

Bu gün sizə pambıq kimi qozlu kətə reseptini təqdim edirik.🫓Bu reseptlə qozlu kətələr 4 gün sonra belə ilk gün kimi qal...
04/05/2024

Bu gün sizə pambıq kimi qozlu kətə reseptini təqdim edirik.🫓
Bu reseptlə qozlu kətələr 4 gün sonra belə ilk gün kimi qalır. Mütləq bu reseptlə hazırlayın. 🧇

Lazım olanlar:
✅4 stəkan un
✅250 qr kərə yağı
✅4-5 qaşıq şəkər tozu
✅Nid vanil və qabartma tozu
✅1ədəd yumurta
✅1st xama

İçlik üçün:
✅1st üyüdülmüş qoz (dənəli də saxlaya bilərsiz biraz)
✅1st şəkər tozu
✅Nid vanil
Üzərinə:
✅yumurta sarısı

Məhsulları qarışdırıb xəmiri yayın. Daha sonra içlikləri əlavə edib qablara düzünş Kətələri 180 dərəcəlik sobada alt üst rejimdə bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun! ❤️

Gəlin, bu gün Nid in faydalı üçlük seriyasından olan zəncəfil🫚, soğan🧅 və limon🍋 üçlüyünün faydasından danışaq. 🥰Xüsusən...
29/04/2024

Gəlin, bu gün Nid in faydalı üçlük seriyasından olan zəncəfil🫚, soğan🧅 və limon🍋 üçlüyünün faydasından danışaq. 🥰

Xüsusən də, soyuq yaz gecələrində yatmadan bir saat öncə qəbul edin, həm soyuqluğunuzu alsın, həm də mədə bağırsaq sisteminizin fəaliyyəti sabitləşdirsin. ⛅️

Bu gün ailənin bütün üzvlərinin ən çox sevdiyi "Nid" sumaxlı qutab hazırlayırıq.🥟İçlik:☑️"Nid" sumax☑️Mal əti qiyməsi 5...
25/04/2024

Bu gün ailənin bütün üzvlərinin ən çox sevdiyi "Nid" sumaxlı qutab hazırlayırıq.🥟

İçlik:
☑️"Nid" sumax
☑️Mal əti qiyməsi 500 q
☑️Soğan 2 ədəd
☑️Duz 1 ç.q
☑️İstiot 1 ç.q
☑️Nar 1 ədəd

Hazırlanması:

Yumrtaya su və duz qatıb qarışdırın. Apardığı qədər un qatıb elastik xəmir yoğurun. Xəmir 10-15 dəqiqə istirahət etməlidir Əti və soğanı ət maşınından keçirdin. Duzlayıb istiotlayın. Xəmiri 8 hissəyə ayırmaq və kündələmək lazımdır. 0,5 qalınlığında yayıb bir tərəfinə içlik qoyun və üzərinə nar və ya zirinc səpin və bükün..Qutabları isti çuqun tavada hər iki tərəfini qızardın. Hazır qutabları yağıayıb üst-üstə yığın. Üzərinə "Nid" sumax səpib masaya verin. Nuş olsun! 🥰

Gəlin, bu gün "Nid" kətan toxumunun faydalarından danışaq! ☺️✅Yatmadan əvvəl bir kasa qatığa 1 qaşıq kətan toxumu əlavə ...
20/04/2024

Gəlin, bu gün "Nid" kətan toxumunun faydalarından danışaq! ☺️

✅Yatmadan əvvəl bir kasa qatığa 1 qaşıq kətan toxumu əlavə etmək arıqlamağınızı, xüsusən də qarın bölgəsindəki piyləri yox etməyinizə kömək edəcək.
✅Maddələr mübadiləsini sürətləndirən kətan toxumlu qatıq immunitet sistemini gücləndirir.
✅Probiotik ehtiyaclarınızı qarşılayır. Həm də həzmsizliyi aradan qaldırır və şişkinliyi azaldır.

16/04/2024

Yaz aylarında xüsusən də uşaqların ən çox sevdiyi içki "Nid" yuppidir. Bəs siz Yuppinin ən çox hansı növünü xoşlayırsınız? 🥤

Bu gün səhər yeməyinə "Nid" çiyə toxumu ilə pudinq hazırlayırıq. 🍨Ərzaqlar:🍁 3 xq "Nid"  çiyə toxumu🍁 1 st bitki südü🍁 1...
12/04/2024

Bu gün səhər yeməyinə "Nid" çiyə toxumu ilə pudinq hazırlayırıq. 🍨

Ərzaqlar:

🍁 3 xq "Nid" çiyə toxumu
🍁 1 st bitki südü
🍁 1 xq kakao
🍁 1 çimdik darçın
🍁 1 çq aqava/alma/qayınağacı siropu

Axşamdan bütün ərzaqları qarışdırıb soyuducuya qoyuruq. Səhər qeyri-adi və ləzzətli puddinqiniz hazırdır.

Sabahınız xeyirli və sağlam olsun!🌻

Bu gün «Nid» limon duzunun bilinməyən faydalarından bəhs edəcəyik. 🍋✅Bağırsaqları, böyrəkləri və qaraciyəri təmizləyir.✅...
09/04/2024

Bu gün «Nid» limon duzunun bilinməyən faydalarından bəhs edəcəyik. 🍋

✅Bağırsaqları, böyrəkləri və qaraciyəri təmizləyir.
✅C vitamin baxımından zəngindir.
✅Qripə qarşı sağlam tutar.
✅Bakteriyalardan qoruyur.
✅Böyrək daşlarının tökülməsində faydaldır.
✅Yüksək təzyiqə qarşı təsirlidir.
✅Beyin sağlamlığını qoruyur.

Bəs siz başqa hansı faydalarını bilirsiniz? ☺️

Bəs siz «Nid»kiselin bu faydalarını bilirdinizmi? 😊✅Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalı...
05/04/2024

Bəs siz «Nid»kiselin bu faydalarını bilirdinizmi? 😊

✅Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalıdır.
✅Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır.
✅Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər. Kisel uzun müddət ərzində insanı tox saxlayır.

01/04/2024

"Qəbzi göndər, hədiyyə qazan!" müsabiqəsi başlayır. 😍🎊

Marketdən aldığınız “Nid” Marinad çeşidlərindən birini, Qara istiot 80 q, Plov üçün ədviyyat, Toyuq üçün ədviyyatlarından birlikdə ümumi 3-nü alın, qəbzin fotosunu bizim 📥mesaj qutumuza göndərin və müsabiqədə iştirak haqqı qazanın ✅

May ayının sonunda seçilən qaliblərimizə pul 💸 mükafatları təqdim edəcəyik 🎊
Şərtlərimizi açıqlayırıq: 👇🏻
✅Videoda olan 6 məhsuldan minimum 3-nü alıb, qəbzi directə yollayın.
✅Aldığınız məhsulların fotosunu storydə paylaşaraq bizi işarələyin.
✅Bu posta “Qatıldım” yazaraq 2 dostunuzu işarələyin.
✅Müsabiqə postunu storydə paylaşaraq bizi tag etməyi unutmayın.

🤝🏻Qeyd edək ki, qalib yalnız bütün şərtlərə əməl edən izləyicilər arasından seçiləcək.

❌Eyni qəbzi müxtəlif profillərdən yollayan izləyicilər yarışdan uzaqlaşdırılacaq.

Qaliblər mükafatlandırılacaq:
🔸1-ci yerin qalibi 150 AZN;
🔸2-ci yerin qalibi 100 AZN;
🔸3-cü yerin qalibi 50 AZN.
🎉 Yarışmada aktiv olun, siz də qazananlardan olun 😊

Toxunuşu ilə balığa heyrətamiz ləzzət qatan məhsul – “Nid”balıq üçün ədviyyat! ❤️
30/03/2024

Toxunuşu ilə balığa heyrətamiz ləzzət qatan məhsul – “Nid”balıq üçün ədviyyat! ❤️

Bu gün bayram süfrəsinin rəmzi olan yumşaq və ləzzətli şor qoğal hazırlamağın asan reseptini paylaşırıq. 😁Tərkib:✅2 su s...
25/03/2024

Bu gün bayram süfrəsinin rəmzi olan yumşaq və ləzzətli şor qoğal hazırlamağın asan reseptini paylaşırıq. 😁

Tərkib:
✅2 su stəkanı un
✅Yarım stəkan şəkər
✅100 q margarin Yarım stəkan sənə
✅1 yumurta
✅1 x.q soda
✅1 ç.q “Nid” çörək otu (üstü üçün)

Hazırlanması:
1. Unu böyük bir kasa tökün və ortasını qazın.
2. Orta hissəyə yumurta, margarin, sənə, soda və şəkəri əlavə edin.
3. Bütün tərkibi birləşdirmək üçün yavaş-yavaş qarışdırın və yumşaq bir əridənin qurulmasına nail olun.
4. Qarışımı yağlanmış şor qoğal qabına tökün və üstünü düzləşdirin.
5. Nid çörək otu ilə qoğalların üzərini bəzəyin və 170°C-də qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Nuş olsun! 🥰

Yeni ilin və baharın müjdəçisi, təbii həyəcanların və yenidən doğuşun simvolu olan Novruz Bayramınızı  təbrik edirik. Ba...
20/03/2024

Yeni ilin və baharın müjdəçisi, təbii həyəcanların və yenidən doğuşun simvolu olan Novruz Bayramınızı təbrik edirik. Bayram yumurtalarınız “Nid” yumurta boyası ilə rənglənsin. 🌸🌿🌼

Gəlin, bu gün də səhər yeməklərinin sevimlisi «Nid» ağ küncütlə bəzənmiş simitin reseptini öyrənək. 😇Tərkibi:✅1 stəkan ı...
16/03/2024

Gəlin, bu gün də səhər yeməklərinin sevimlisi «Nid» ağ küncütlə bəzənmiş simitin reseptini öyrənək. 😇

Tərkibi:
✅1 stəkan ılıq su
✅1 stəkan ılıq süt
✅1.5 yemək qaşığı şəkər
✅1 yemək qaşığı tuz
✅1 yumurta (sarısı iç üçün, ağ sarıdan ayrılmalıdır)
✅1 paket yaş maya (7-9 qram)
✅5-6 stəkan un (hamı ilə düzələnmiş)
✅“Nid” ağ küncüt

Əvvəlcə xəmir yoğrulur. Mayalanmış xəmirdən yumurta sarısı ilə yağlanmış vasitəsilə limon-böyüklükdə parçalara ayıırn və uzadın. Daha sonra halqa halına gətirdiyiniz simitləri küncütə bulayınş Öncə 200°C-də qızdırılmış sobada 15-20 dəqiqə bişirin və üstü qızardığına əmin olun. 😇
Nuş olsun! 🤩

12/03/2024

Hər yeməyə bir dad qatan “Nid” südlərindən sənin ən çox sevdiyin hansıdır? 🤩

«Nid» ailəsi bütün Azərbaycan qadınlarını 8 mart - Beynalxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrikedir.😍  ...
08/03/2024

«Nid» ailəsi bütün Azərbaycan qadınlarını 8 mart - Beynalxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir. 😍

04/03/2024

Bu bayramın ən rəngli məhsullarından biri ”Nid”in qırmızı rəngdir. Axtardığın həmin rəngin hansı yumurtanın altında gizləndiyini tap və qalib ol! 🤩

Şərtlərimizi açıqlayırıq: 👇
1. Məhsulun gizləndiyi papağın nömrəsini rəydə qeyd et və 2 dostunu tag et.
2. Instagram hesabınımızı izlədiyinizdən əmin ol.
3. Postu story-də paylaşaraq bizi işarələyin.
Müsabiqəmiz 1 ay davam edəcək və qaliblər 3 nəfər təsadüfi üsulla seçiləcək. Hər kəsə uğurlar! 💙

Şəkərbura milli mətbəximizin ən məşhur və ən ləzzətli şirniyyatlarından biridir. Novruz bayramını şəkərbura və paxlavası...
02/03/2024

Şəkərbura milli mətbəximizin ən məşhur və ən ləzzətli şirniyyatlarından biridir. Novruz bayramını şəkərbura və paxlavasız təsəvvür etmək qeyri-mümkündür. 🥐

Lazım olan ərzaqlar:
İçlik üçün:
✅1 kq fındıq ləpəsi
✅1 kq şəkər tozu
✅Nid hil ( 1-2 çay qaşığı )
Xəmir üçün:
✅2 kq un
✅4 yumurta
✅600 qr kərə yağı (əridilmiş)
✅200 qr xama
✅yarım çay qaşığı maya
✅süd (xəmir alınana qədər az-az əlavə olunur)

Adətən içlik əvvəlcədən hazırlanır. Fındıq sobada bir az qovrulub qabığı təmizlənir. Sonra ləpə çəkəndə üyüdülür və üzərinə şəkər tozu və döyülmüş hil əlavə olunub qarışdırılır. 😊

Xəmir üçün un, yumurta, xama, maya qarışdırılıb üzərinə yağ az-az əlavə olunub hamısı birlikdə qarışdırılır, sonra süd tədricən əlavə olunaraq xəmir yoğrulur. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır. 1 saat isti yerdə xəmir dinləndrilir. Şəkərbura hazırlanan müddətdə isə xəmiri sərin yerdə saxlamaq lazımdır ki, daha çox mayalanıb yumşalmasın. Daha sonra formaya verilərək bişirilir. Nuş olsun! 🥰

«Nid» karri ədviyyatı  ilə hazırlanmış hər yemək həm bütün ailə üzvlərinin ürəyindən xəbər verəcək! 😋
01/03/2024

«Nid» karri ədviyyatı ilə hazırlanmış hər yemək həm bütün ailə üzvlərinin ürəyindən xəbər verəcək! 😋

Axşam yeməyi üçün düyü və ya püredən başqa tamamlayıcı resept axtarırsınızsa, bibərli bulqur plovunu çox sevəcəksiniz. 😇...
25/02/2024

Axşam yeməyi üçün düyü və ya püredən başqa tamamlayıcı resept axtarırsınızsa, bibərli bulqur plovunu çox sevəcəksiniz. 😇

Ərzaqlar:
✅2 stəkan bulqur
✅1 xörək qaşığı duz
✅4 nazik və uzun badımcan
✅3 orta boy soğan
✅1 çay stəkan zeytun yağı
✅"Nid" şirin bibər
✅1 çay qaşığı duz
✅1 çay qaşığı dənəvər şəkər
✅1 pomidor
✅2 stəkan su
✅1 çay qaşığı ətirli bibər
✅1 çimdik şüyüd
✅1 çay qaşığı nanə

Bulquru suda bir neçə dəfə yuyun və süzün. Badımcanları duzlu sudan çıxarın, suyu çıxarmaq üçün yumşaq bir şəkildə sıxın və təmiz, quru parça və ya kağız dəsmal ilə qurudun. Üzərlərinə duz və şəkər səpin və əlinizlə diqqətlə qarışdırın. Sonra bol isti yağda qızılı rəng alana qədər qızardın. Artıq yağı kağız salfetin üzərinə qoyaraq boşaldın. Orta ölçülü bir qazanda zeytun yağı qızdırın və incə doğranmış soğanı qızardın. Pomidorları soyun və toxumlarını çıxarın. Kiçik kublar şəklində doğradıqdan sonra soğanla qarışdırın. Nid şirin bibəri əlavə edin. Pomidorlar əriyənə qədər qarışdıraraq bişirin. Soyuq su, duz, şəkər, nanə və ətirli bibər əlavə edin. Qaynayanda süzülmüş bulquru əlavə edib bir dəfə qarışdırırıq. Qapağı bağlayıb orta odda bişirin, qaynadıqdan sonra bulqur suyunu çəkənə qədər vam odda bişirin. Nuş olsun! 😍

Yeməklərdə mütləq olan sarımsağın ən praktik və dadlı forması! 🧄100% təbii sarımsaqdan istehsal “Nid” sarımsaq tozu prak...
21/02/2024

Yeməklərdə mütləq olan sarımsağın ən praktik və dadlı forması! 🧄

100% təbii sarımsaqdan istehsal “Nid” sarımsaq tozu praktik istifadəsi ilə yemək bişirərkən sizə rahatlıq təmin edir. 🥘

17/02/2024

Dad səyahətiniz heç vaxt bitməsin! Ən sevdiyiniz “Nid” ədviyyat günün istənilən vaxtında yanınızdadır. 🕒

Toyuq yeməklərinə yaraşacaq ədviyyatları bir araya gətirən bu qarışıq yeməklərinizə özünəməxsus ədviyyat ətri verəcək! 😇...
14/02/2024

Toyuq yeməklərinə yaraşacaq ədviyyatları bir araya gətirən bu qarışıq yeməklərinizə özünəməxsus ədviyyat ətri verəcək! 😇

Ərzaqlar:

✅1 kq toyuq
✅1 paket "Nid" soba çeşnisi

Hazırlanması:

Soba torbasına 1 kq toyuq qoyun və içinə 1 paket "Nid" soba çeşnisi əlavə edin.
Paketi yumşaq bir şəkildə silkələyin ki, toyuq ətini ədviyyatla örtün və ağzını bağlayın. Toyuqlarınızı əvvəlcədən 180 dərəcə isidilmiş sobada 45-55 dəqiqə bişirin. Toyuğunuzu süfrəyə istiservis edin. 🍗
Nuş olsun!

Qışın soyuq günlərində ruhumuzu isitən dadlı içkiyə kim yox deyə bilər? Bizim sevimli cütlüyümüz “Nid”darçın və salepdir...
09/02/2024

Qışın soyuq günlərində ruhumuzu isitən dadlı içkiyə kim yox deyə bilər? Bizim sevimli cütlüyümüz “Nid”darçın və salepdir! Bir fincan darçın salebinin istiliyi ilə daxili səyahətə çıxırıq. 🔥
Bəs sizin ən çox sevdiyiniz qış cütlüyü hansıdır? Bəlkə nanəli isti şorba, ya da zəncəfil və limonla... Gəlin, ləzzətli qış günlərində sevimli cütlüklərlə isinək. ☺️

Address

Masalli
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when NİD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NİD:

Videos

Share

Category


Other Caterers in Baku

Show All